satellite   Azerspace-1: 11135 H 30000

Füzulidən Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik - Prezident

Füzulidən Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik <font color='red'> - Prezident</font>

Biz işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını gələn il bitirəcəyik.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib.

Dövlətimizin başçısı deyib ki, Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq.

Ermənistanın bu layihə qarşısında süni maneələr yaradacağı təqdirdə bundan yalnız uduzacağını vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Çünki bu gün bizim Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışımız var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə fiziki bağlantıları yoxdur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM