satellite   Azerspace-1: 11135 H 30000

XİN İranın Azərbaycanın 4 diplomatını "arzuolunmaz şəxs" elan etdiyini təsdiqləyib

XİN İranın Azərbaycanın 4 diplomatını "arzuolunmaz şəxs" elan etdiyini təsdiqləyib

"Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilmişdi".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən arzuolunmaz şəxs elan edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

"İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib.

Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir", - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM