satellite   Azerspace-1: 11135 H 30000

Qubada "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda forum keçirilib - VİDEO

Qubada Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Fondunun təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda forum başlayıb.   

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, "Şahdağ-Quba-Truskavets" hotelində baş tutan forum böyük şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.  

Forum öz işinə dahi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb. Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və Ədəbiyyat Fondunun direktoru Varis Yolçuyev dahi şəxsiyyət haqqında xatirələrini bölüşüblər.

Forumda çıxış edən millət vəkilləri Sabir Rüstəmxanlı, Aqil Abbas, Jalə Əliyeva, o cümlədən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Ukrayna Milli Elmlər Akademiyasının fəxri üzvü Əlibala Məhərrəmzadə Ulu Öndərin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açıb, onun Azərbaycanın dövlətçilik tarixində müstəsna yerindən danışıblar. 

Daha ətraflı videoreportajda:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:04 11.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM