satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib, nazir səlahiyyətləri Həsən Kərimova həvalə edilib

<strong>Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib, nazir səlahiyyətləri Həsən Kərimova həvalə edilib</strong>

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Natəvan Qədimovanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilsin".

Digər sərəncamla Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM