satellite   Azerspace-1: 11135 H 30000

Mövlud Çavuşoğlu: "Qarabağda Azərbaycan bayrağının dalğalanması Qərbin xoşuna gəlmir"

Mövlud Çavuşoğlu: "Qarabağda Azərbaycan bayrağının dalğalanması Qərbin xoşuna gəlmir"

"Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber” TV-yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə istehsalı olan PUA-ların Qarabağdakı fəaliyyətinin pisləməsi də bununla bağlıdır: “Halbuki bizim texnikalarımızın Ukraynada gördüyü işləri tərifləyirdilər”.

M.Çavuşoğlu söyləyib ki, Türkiyə hər bir məsələdə əvvəlcə öz mənfəətlərini nəzərə alır: “Qərbin dedikləri ilə oturub-durmuruq. Rusiya ilə əlaqənin kəsməyin, bu dövlətə sanksiya tətbiq etməyin bizə faydası yoxdur, əksinə ziyanı var”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM