satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistanın gömrük əməkdaşlığı ilə bağlı Anlaşma Memorandumunu təsdiqləyib

Ərdoğan Azərbaycan, Türkiyə və Türkmənistanın gömrük əməkdaşlığı ilə bağlı Anlaşma Memorandumunu təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qərar “Rəsmi Qəzet”də dərc olunub.

Anlaşma Memorandumuna əsasən tərəflər bu sahədə əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyası yaradacaq və məlumat mübadiləsi aparacaq.

Qeyd edək ki, müvafiq sənədi aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev də təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM