satellite   Azerspace-1: 11135 H 30000

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində növbəti tapşırıqlar icra olunub - VİDEO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı–2023” beynəlxalq taktiki-uçuş təlimində növbəti tapşırıqlar yerinə yetirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, ümumi brifinqdən sonra pilotlarımız icra olunacaq fəaliyyətləri xəritə üzərində dəqiqləşdirib.

Təlimin növbəti günündə şərti düşmənin hava məkanına daxil olaraq müasir peyk naviqasiya sistemlərinin imkanlarından istifadə olunmaqla dağlıq ərazidə maskalanmış kiçik mobil və stasionar yer hədəflərini müəyyənləşdirmək və məhv etmək tapşırığı simulyasiya olunub.

Həmçinin orta hündürlükdə mürəkkəb döyüş manevrləri etməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq üsulları da məşq etdirilib.

Qarşıya qoyulan tapşırıqlar hərbi pilotlar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qarşılıqlı təcrübə mübadiləsi çərçivəsində pilotlarımız 44 günlük Vətən müharibəsində əldə olunan döyüş təcrübəsini digər iştirakçı ölkələrin hərbi pilotları ilə bölüşür, eyni zamanda, onların da təcrübələrindən faydalanırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM