satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə MN: “Taxıl dəhlizi ilə bağlı problem aradan qaldırılıb”

Türkiyə MN: “Taxıl dəhlizi ilə bağlı problem aradan qaldırılıb”

Taxıl dəhlizi ilə bağlı problem aradan qaldırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Milliyət”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyənin təşəbbüsləri nəticəsində maneələr aradan qalxıb və yoxlamalar davam etdirilir.

Ukraynanın İnfrastruktur Nazirliyi daha əvvəl bildirmişdi ki, Rusiya “Taxıl sazişi”nin icrası ilə bağlı müddəaları pozub.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında isə eyni müddətə uzadılıb. Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM