satellite   Azerspace-1: 11135 H 30000

Prezident: "Bu gün “Əsrin kontraktı”nın icrasında işləyənlərin 90 faizi Azərbaycan vətəndaşlarıdır"

Prezident: "Bu gün “Əsrin kontraktı”nın icrasında işləyənlərin 90 faizi Azərbaycan vətəndaşlarıdır"

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. “Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM