Ermənistan tərəfi dezinformasiya yayıb.
Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır, dezinformasiya xarakteri daşıyır", - nazirlikdən bildirilib.
