satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçi Ağstafada dəfn ediləcək

Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçi Ağstafada dəfn ediləcək

Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafa rayonunda dəfn ediləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, şəhidin nəşi Vurğun qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Belə ki, 1998-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsi sakini olub.

O, iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş.

Şəhid O.Novruzəlizadə subay olub, bir qardaşı və iki bacısı var.

Qeyd edək ki, şəhidin atası təsərrüfatla məşğul olur, anası isə ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM