satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə yeni təlimlər başlayıb, Azərbaycan hərbçiləri də iştirak edir - FOTOLAR

Türkiyədə yeni təlimlər başlayıb, Azərbaycan hərbçiləri də iştirak edir<font color=red> - FOTOLAR</font> Türkiyədə yeni təlimlər başlayıb, Azərbaycan hərbçiləri də iştirak edir<font color=red> - FOTOLAR</font> Türkiyədə yeni təlimlər başlayıb, Azərbaycan hərbçiləri də iştirak edir<font color=red> - FOTOLAR</font>

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “KURTARAN-2023” adlı təlimlər başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə qardaş ölkənin Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Qüvvələri iştirak edirlər.

Şərqi Aralıq dənizində keçirilən təlimlərə Azərbaycan və daha 15 xarici ölkədən ümumilikdə 41 hərbçi qatılır. Həmin dövlətlər arasında Avstriya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, BƏƏ, Əlcəzair, İndoneziya, Cənubi Afrika, Qətər, Malaziya, Rumıniya, Sinqapur, Səudiyyə Ərəbistanı və Oman var.

Təlimlər çərçivəsində müxtəlif tapşırıqlar və maneverlər icra olunur.

Təlimlərin “Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və 31 ölkədən 32 hərbi atteşə iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM