satellite   Azerspace-1: 11135 H 30000

ABŞ: “Azərbaycanla Ermənistan arasında sülh bundan sonra da məşğul olacağımız məsələdir”

ABŞ: “Azərbaycanla Ermənistan arasında sülh bundan sonra da məşğul olacağımız məsələdir”

“Azərbaycanla Ermənistan arasında çox vacib sülh məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

“İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində iki ölkənin rəsmilərini qəbul etməkdən məmnun idik. İnanırıq ki, danışıqlar səmərəli olub, Brüsseldə başlayan danışıqların davamı üçün zəmin yaradıb və bu prosesin inkişafına şərait yaradacaq”, - ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Vedant Patel qeyd edib ki, toqquşmalar davamlı və ləyaqətli sülhə doğru əldə edilən tərəqqiyə xələl gətirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM