satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın 2 hərbçisi yaralanıb

Ermənistanın 2 hərbçisi yaralanıb

Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində 2 erməni hərbçi yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan birinin vəziyyəti ağırdır.

Qeyd edək ki, mayın 11-də Azərbaycanla sərhədyanı ərazidə baş verən silahlı toqquşma nəticəsində Ermənistan silahlı qüvvələrinin 4 hərbçisi yaralanıb.

Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM