satellite   Azerspace-1: 11135 H 30000

İdarə rəhbəri: "Türkiyə "Hürkuş" təyyarələri ilə bağlı Azərbaycanla müzakirələr aparır"

İdarə rəhbəri: "Türkiyə "Hürkuş" təyyarələri ilə bağlı Azərbaycanla müzakirələr aparır"

“Türkiyə Azərbaycan və Pakistanla “Hürkuş” təlim-məşq təyyarələri ilə bağlı müzakirələr aparır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “TGRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə “Hürkuş”larla bağlı daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir: “Əlbəttə, ölkədən daha çox, həmin dövlətlərin məsələyə münasibəti, səmimiliyi bizim üçün maraqlıdır”.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, “Hürkuş” təyyarələri dost və qardaş ölkələrə də ixrac ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM