satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin öldüyünü açıqlayıb

Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin öldüyünü açıqlayıb

Azərbaycanın Ermənistanla şərti sərhədində baş verən toqquşmalarda bir erməni əsgəri həlak olub, bir əsgər isə yaralanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilmiş və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM