satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan SQ-nin texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb - VİDEO

Azərbaycan Ordusunun dəqiq artilleriya zərbələri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin (SQ) Basarkeçər rayonundakı avtomobil texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu görüntüləri “Caliber” nəşri yayıb.

Birinci videoda düşmənin “KamAZ” markalı yük maşınına dəqiq zərbə göstərilir. Qeyd olunub ki, zərbə zamanı düşmənin canlı qüvvəsi yük maşınında olub.

İkinci videoda isə Azərbaycan Ordusu Ermənistan SQ-nin minaatan heyətini dəqiq zərbə ilə məhv edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM