satellite   Azerspace-1: 11135 H 30000

Reykyavikdə AŞPA-nın Daimi komitəsinin iclası keçiriləcək

Reykyavikdə AŞPA-nın Daimi komitəsinin iclası keçiriləcək

İslandiyanın Reykyavik şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi komitəsinin iclası keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, ölkəmizi bu tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edəcək.

İclasda “Avropa Şurası çoxtərəfli arxitekturanın əsas oyunçusu kimi”, “Avropa Şurası insan hüquqlarının müdafiəsinin pioneri kimi: yeni nəsil hüquqlar” və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səməd Seyidov səfər çərçivəsində İslandiya parlamentinin İslandiya Universiteti ilə birgə keçirəcəyi “Gələcək üçün demokratiya ölçüsü” mövzusunda dəyirmi masaya da qatılacaq.

Səfər mayın 16-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM