satellite   Azerspace-1: 11135 H 30000

Çikaqoda Azərbaycan bayrağı ucaldılıb

Çikaqoda Azərbaycan bayrağı ucaldılıb

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağı ucaldılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, üçrəngli bayrağımız Azərbaycan dövlət himninin sədaları altında havaya qaldırılıb.

Layihə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub.

ACMA-nın prezidenti Fərid Məmmədov “Report”a açıqlamasında deyib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar günlərdə təşkil olunur.

Qeyd edək ki, dövlət bayrağımız gün ərzində Çikaqo şəhərinin meriyası qarşısında – “The Daley Center”də dalğalanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM