satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan, Ermənistan və Aİ liderlərinin sabah Brüsseldə keçiriləcək görüşünün proqramı açıqlanıb

Azərbaycan, Ermənistan və Aİ liderlərinin sabah Brüsseldə keçiriləcək görüşünün proqramı açıqlanıb

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək görüşün proqramı açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan liderlərinin sabah Brüsseldə danışıqlar aparacağını təsdiqləyib.

Bildirilib ki, görüş Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçiriləcək.

Danışıqlar yerli vaxtla günortadan sonra başlayacaq.

Üçtərəfli görüşdən əvvəl Ş.Mişel N.Paşinyanla, daha sonra isə Prezident İlham Əliyevlə ikitərəfli görüş keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM