satellite   Azerspace-1: 11135 H 30000

Latviyada Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək

Latviyada Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək

Latviyada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan-Latviya strateji tərəfdaşlığını genişləndirərək: keçmiş, bu gün və gələcək” mövzusunda konfrans keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, konfransda iştirak etmək üçün Milli Məclisin deputatları Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və Asim Mollazadə mayın 14-də Riqa şəhərinə səfər edəcəklər.

Deputatlarımız səfər çərçivəsində Latviya Seyminin yeni seçilmiş üzvləri və digər dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçirəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM