satellite   Azerspace-1: 11135 H 30000

Aİ Şurasının Prezidenti: "Azərbaycan və Ermənistan Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər"

Aİ Şurasının Prezidenti: "Azərbaycan və Ermənistan Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər"

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il Almatı bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında deyib.

"İki ölkənin liderləri 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (89,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq etdilər", - Şarl Mişel bildirib.

O əlavə edib ki, iki ölkə arasında sərhədlərin yekun delimitasiyası növbəti danışıqlar yolu ilə razılaşdırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM