Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 15-də telefon danışığı zamanı regiondakı durumu müzakirə ediblər.
Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər həmçinin Azərbaycan və Ermənistan arasında sülh danışıqları üzrə son yenilikləri müzakirə ediblər.
