satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə Özbəkistan Ali Məclisi Senatının sədrinə təşəkkürünü bildirib

Azərbaycan Prezidenti Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə Özbəkistan Ali Məclisi Senatının sədrinə təşəkkürünü bildirib

Ümummilli Lideri Heydər Əliyev dost və qardaş Özbəkistanla və Özbəkistan xalqı ilə əlaqələrə böyük diqqət yetirirdi. Bu siyasət hazırda da bütün istiqamətlərdə davam etdirilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edərkən deyib.

Dövlətimizin başçısı Tənzilə Narbayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakını yüksək qiymətləndirib və Ulu Öndərin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib. Özbəkistana səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə birlikdə Ulu Öndərin abidəsinin və onun adının daşıyan parkın açılmasını da bu ehtiramın təzahürü olduğunu qeyd edib.

Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısı ilə dostuq münasibətlərinin ikitərəfli əlaqələrimizin genişlənməsi işinə xidmət etdiyini bildirərək bu işdə qarşılıqlı səfərlərin önəmini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM