satellite   Azerspace-1: 11135 H 30000

Tənzilə Narbayeva: Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur

Tənzilə Narbayeva: Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur

Özbəkistanda Ulu Öndərin xatirəsi dərin hörmətlə yad olunur və dahi şəxsiyyətin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Prezident İlham Əliyevlə görüşündə bildirib.

Qonaq hər iki dövlət başçısının rəhbərliyi ilə Azərbaycan və Özbəkistanda bütün sahələrdə uğurların əldə edildiyini vurğulayaraq Ümummilli Liderin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirakından məmnunluq hissi keçirdiyini və Ulu Öndərin ölkələrimiz arasında dostluq münasibətlərinin qurulmasında xüsusi rolunu qeyd edib.

Özbəkistan Ali Məclisi Senatının sədri bildirib ki, torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan Prezidenti ata vəsiyyətini yerinə yetirib və Azərbaycan xalqının qəhrəmanı olaraq tarixi missiya həyata keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM