satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və İordaniya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr çərçivəsində görüşlər keçirilib

Azərbaycan və İordaniya Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr çərçivəsində görüşlər keçirilib

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci raundu çərçivəsində Əmmanda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev bu ölkənin xarici siyasət idarəsinin rəsmiləri ilə görüşlər keçirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycanın İordaniyadakı səfirliyinə istinadla xəbər verir ki, Fariz Rzayevin İordaniya XİN-in diplomatik məsələlər və xaricdə yaşayan həmvətənlər üzrə baş katibi Lena Əl-Hədid və İordaniya Kralı II Abdullahın siyasi məsələlər ofisinin rəhbəri Moaz Əl Zoubi ilə görüşlərində ikitərəfli əlaqələrin perspektivləri, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM