satellite   Azerspace-1: 11135 H 30000

Londonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlanıb

Londonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx hazırlanıb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən “Qarabağ” həftəsonu məktəbi müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” adlı videoçarx hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, Komitənin dəstəyi ilə ərsəyə gələn videoçarx “Bütün zəfərlərimizin banisi Ulu Öndər Heydər Əliyevi böyük sevgi və ehtiramla yad edirik” sözləri ilə başlayıb.

“Qarabağ” məktəbinin şagirdlərinin ifasında Azərbaycan dilində Heydər Əliyevə həsr olunmuş şeirlər və ingilis dilində ürək sözləri səsləndirilib.

Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif mərhələlərinin əks olunduğu videoçarxda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin şah əsəri olan “Koroğlu” operasının uvertürasından istifadə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM