satellite   Azerspace-1: 11135 H 30000

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tuta bilər

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tuta bilər

Mayın 19-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan yerli KİV-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqların növbəti raundu çərçivəsində görüşdə rusiyalı həmkarları Sergey Lavrov da iştirak edə bilər.

“Mayın 19-da görüşün baş tutacağı dəqiqləşdirilib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil”, - deyə Ovannisyan bildirib.

Xatırladaq ki, bundan əvvəl mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın sülh müqaviləsinin mətnini müzakirə edəcəkləri ilə bağlı xəbər yayılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

10:07 13.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM