satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-ın İllinoys ştatında mayın 28-i Azərbaycanın Respublika Günü elan olunub

ABŞ-ın İllinoys ştatında mayın 28-i Azərbaycanın Respublika Günü elan olunub

ABŞ-ın İllinoys ştatının qubernatoru Jay Robert (J.B.) Pritzker 2023-cü ilin mayın 28-ni ştatda Azərbaycanın Respublika Günü elan olunması haqqında bəyannamə imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) üzvlərinə ünvanlanan bəyannamədə 15 aprel 2015-ci ildən fəaliyyət göstərən təşkilatın uğurlu fəaliyyətlərindən bəhs olunur.

Bəyannamədə Çikaqonun Azərbaycan icması üzvlərinin müxtəlif sahələrdə şəhərin mədəni və iqtisadi inkişafına, regional müxtəlifliyə, mədəniyyətlərarası dostluğa, eləcə də, sülhə və firavanlığa töhfə verdiyi bildirilir.

Sənəddə qeyd olunur ki, universal seçki hüququ verən ilk dövlətlərdən olan Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır. Dünyanın hər yerində yaşayan bütün azərbaycanlılar mayın 28-ni Azərbaycanın Respublika Günü kimi qeyd edirlər. Qubernator ştat sakinlərini bu günü azərbaycanlılarla birgə qeyd etməyə qoşulmağa səsləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM