satellite   Azerspace-1: 11135 H 30000

Zaxarova: “Bakı ilə İrəvan arasında mübahisələr diplomatik yollarla həll edilməlidir”

Zaxarova: “Bakı ilə İrəvan arasında mübahisələr diplomatik yollarla həll edilməlidir”

“Azərbaycanla Ermənistan arasında bütün mübahisələr diplomatik yollarla həll edilməlidir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova tərəfləri təxribat xarakterli hərəkətlərdən və vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb.

“Biz mayın 19-da keçiriləcək görüşdə də buna hər cür töhfə vermək niyyətindəyik”, - o deyib.

Xatırladaq ki, mayın 19-da Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüşü olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM