satellite   Azerspace-1: 11135 H 30000

MN: Azərbaycan Ordusu Ermənistanın Zod istiqamətindəki mövqelərini atəşə tutmayıb

MN: Azərbaycan Ordusu Ermənistanın Zod istiqamətindəki mövqelərini atəşə tutmayıb

Mayın 17-si saat 16:15 radələrində guya Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərini atəşə tutması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, bunu qəti surətdə təkzib edirik.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Qeyd edək ki, gündüz saatlarından həmin ərazidə qatı duman var. Bu cür məhdudgörmə şəraitində bölmələrimizin qarşı tərəfi atəşə tutması qeyri-mümkündür”, - MN-in məlumatında deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM