"Xarici Siyasət Proqramı" çərçivəsində ötən il diplomatik xidmətə qəbul edilmiş gənc əməkdaşlar, Xarici İşlər Nazirliyinin Kadrlar və Təşkilat-Nəzarət idarələrinin rəisləri və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun məsul əməkdaşlarından ibarət heyət Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Naxçıvan televiziyası İnformasiya Agentliyi Naxçıvan televiziyası əməkdaşlarının səfərlə bağlı hazırladıqları videomaterialı təqdim edir:
