satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: “May ayından danışıqların dinamikası ardıcıl və müsbət xarakter daşıyır”

Ceyhun Bayramov: “May ayından danışıqların dinamikası ardıcıl və müsbət xarakter daşıyır”

“Ümid edirik ki, bugünkü danışıqlar səmərəli olacaq və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bütün məsələlər spektrini nəzərdən keçirməyə imkan verəcək”.

Naxçıvan televiziyası İnformasiya Agentliyin xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyanla görüşündə deyib.

Onun sözlərinə görə, rəsmi Bakı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə normallaşma prosesini ardıcıl olaraq dəstəkləyir.

“Düzgün şəkildə qeyd edildiyi kimi, postmünaqişə dövründə bu normallaşma müxtəlif istiqamətlərdən ibarət bir prosesdir. Biz bütün istiqamətlərdə paralel işin tərəfdarıyıq. İnanırıq ki, onlar bir-birini tamamlayır. Ötən ilin sonundan danışıqlar prosesində müəyyən durğunluq yarandığı müşahidə olunmuşdu. Biz mayın əvvəlindən danışıqlar dinamikasının ardıcıl və müsbət xarakter daşımasını müsbət qiymətləndiririk”, - C.Bayramov vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM