satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycandakı Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turunda səs verirlər

Azərbaycandakı Türkiyə vətəndaşları prezident seçkilərinin ikinci turunda səs verirlər

Prezident seçkilərinin ikinci turu ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi mayın 20-də yerli vaxtla saat 08:00-də səsverməyə açılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Bakıda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə gələrək öz namizədlərinə səs verirlər.

Səsvermə prosesinə mayın 22-də yekun vurulacaq.

Türkiyə vətəndaşları Bakıdakı səfirliyin, həmçinin Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında səs verəcəklər.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçirilir. Seçkilərin ikinci turunda qalib gələn iki namizəddən biri Türkiyə Prezidenti olacaq.

Seçkilərin 2-ci turunda mübarizə aparan hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 49,52 faiz səs toplayıb. Müxalifət lideri Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs yığıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM