satellite   Azerspace-1: 11135 H 30000

Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar - VİDEO

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində (HDQ) olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, qonaqlara əvvəlcə Qərargah binasının akt zalında HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib.

Daha sonra hərbi attaşelər döyüş gəmilərində şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, matros yataqxanası, yeməkxana və digər obyektlərə baş çəkib, fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM