satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan diversantların adını açıqlayıb

Ermənistan diversantların adını açıqlayıb

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ərazisinə keçən iki hərbçisinin adını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu hərbçilər Harutyun Ovaqimyan və Karen Qazaryandır.

Qeyd edək ki, Azərbaycan DSX mayın 26-da axşam bir qrup erməni diversantının Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd etməsi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM