satellite   Azerspace-1: 11135 H 30000

Fuad Nəcəfli: “Naxçıvanda günəş elektrik stansiyası tikiləcək”

Fuad Nəcəfli: “Naxçıvanda günəş elektrik stansiyası tikiləcək”

“İki gündən sonra energetika naziri Pərviz Şahbazov və Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi, eyni zamanda xarici şirkət rəhbərlərini Naxçıvan Muxtar Respublikada qonaq edəcəyik”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid, qazi övladları, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş, təkvalideynli uşaqlar, eləcə də fəal kursant və şagirdlərlə görüşdə deyib.

O bildirib ki, görüşlərdə məqsəd alternativ enerjilər üzrə Naxçıvanda günəş elektrik stansiyasının tikintisinə nail olmaqdır: “Həmçinin Naxçıvanda içməli və suvarma suyu ilə bağlı ciddi problemlər var. Çalışırıq ki, əlimizdə olan dayanıqlı su vasitələrindən istifadə edib sudan əziyyət çəkən digər ərazilərdə su təminatını yaxşılaşdıraq. İş yerlərinin açılması üçün də çalışırıq. Kənd Təsərrüfatı Nazirliyi bu sahədə iş aparır. Aqrar sahədə apardığımız işlərin yaxın günlərdə şahidi olacaqsınız”.

F.Nəcəfli söyləyib ki, bu yaxınlarda Naxçıvan şəhərində yeni abad evlər tikiləcək: “Eləcə də müxtəlif infrastruktur layihələrimiz də olacaq. İnanıram ki, yaxın 5 ildə Naxçıvanda çox gözəl layihələr icra olunacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM