satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Gömrük Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTOLAR

Dövlət Gömrük Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Dövlət Gömrük Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Dövlət Gömrük Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font> Dövlət Gömrük Komitəsinin sədri Naxçıvan şəhərində vətəndaşları qəbul edib<font color=red> - FOTOLAR</font>

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

Naxçıvan televiziyası xəbər verir ki, iyulun 22-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Naxçıvan Baş Gömrük İdarəsində Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edib.

DGK sədri qəbuldan öncə Naxçıvan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Eyni zamanda Ulu Öndərin adını daşıyan muzey də ziyarət edilib.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM