satellite   Azerspace-1: 11135 H 30000

XİN: Paşinyanın Ağdam-Xankəndi marşrutunu gözardı edərək, “blokada” barədə məlumatlar yayması ictimai rəyi manipulyasiya etmək cəhdidir

XİN: Paşinyanın Ağdam-Xankəndi marşrutunu gözardı edərək, “blokada” barədə məlumatlar yayması ictimai rəyi manipulyasiya etmək cəhdidir

Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aktorlar, o cümlədən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyini göstərir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Le Monde qəzetinə müsahibəsində səsləndirdiyi fikri şərh edən zaman bildirib. Qeyd edilib ki, bu həmçinin Ermənistanın əsl niyyətinin vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etmək olduğunu nümayiş etdirir. Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür.

Ermənistan Baş nazirinin bölgədə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinlərin məntəqədən hər iki istiqamətdə keçməsini və Azərbaycanın Ağdam-Xankəndi marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək, “blokada” barədə məlumatlar yayması beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM