satellite   Azerspace-1: 11135 H 30000

İspaniya Ukraynaya “Leopard” tanklarının və zirehli transportyorların yeni partiyasını göndərib

İspaniya Ukraynaya “Leopard” tanklarının və zirehli transportyorların yeni partiyasını göndərib

Bazar ertəsi İspaniya hökuməti Ukraynaya “Leopard 2A4” tanklarının və zirehli transportyorların yeni partiyasını göndərib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyinin məlumatında deyilir.

“İyulun 24-də Ukraynaya istiqamətlənmiş hərbi və humanitar materialların olduğu gəmi Santander limanını tərk edib. Bütün yükün avqustun əvvəlində Kiyevə daşına biləcəyi gözlənilir. İspaniyanın göndərdiyi partiyaya hökumətin vəd etdiyi dörd “Leopard 2A4” də daxildir. Qeyd edək ki, bir müddət öncə Ukrayna hökumətinə eyni xüsusiyyətlərə malik altı “Leopard 2” də verilib”, - nazirlik əlavə edib.

Bildirilib ki, Kiyevə 10 zirehli transportyor, 10 yük maşını, bir neçə təcili yardım maşını və müxtəlif döyüş sursatları da göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM