satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: “Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlıdır”

Lavrov: “Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlıdır”

“Rusiya Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında maraqlıdır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqlar başlamamışdan əvvəl deyib.

"Bizim səylərimiz Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə, humanitar problemlərin həllinə, iqtisadi nəqliyyat əlaqələrinin açılmasına, vətəndaş cəmiyyətləri, ekspertlər, politoloqlar və parlamentarilər vasitəsilə insanlar arasında əlaqələrin inkişafına yönəlib", - Lavrov bildirib.

Diplomat, həmçinin qeyd edib ki, Moskva sülh müqaviləsi üzrə razılığa gəlməyə kömək etməyə hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM