satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: “Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunmasına hər cür kömək etməyə hazırıq”

Lavrov: “Bakı ilə İrəvan arasında sülh sazişinin əldə olunmasına hər cür kömək etməyə hazırıq”

“Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasına hər cür kömək etməyə hazırdır”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlar zamanı deyib.

“Biz bugünkü görüşdən regionumuzun ən mühüm məsələlərindən birinin – mən Cənubi Qafqazda uzunmüddətli sabitləşməni nəzərdə tuturam – həlli üçün istifadə etmək istəyirik. Əminik ki, buna ən qısa yol Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsidir. Bir sıra əlavə sənədlər liderlərimiz tərəfindən nəzərdən keçirilmək üçün hazırlanır”, - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM