satellite   Azerspace-1: 11135 H 30000

Lavrov: "Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır"

Lavrov: "Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır"

“Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu üçtərəfli görüşün yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Biz həm Azərbaycan, həm də Ermənistan tərəfinin vasitəçi kimi təkcə Rusiyanın deyil, digərlərinin də istifadə etməkdə maraqlı olduğunu başa düşürük.

Bakı və İrəvana razılaşmaların tapılmasında səmimi şəkildə maraqlı olanların, bizim kimi bu istiqamətdə çalışanların istəyini alqışlayırıq. Amma bu, Azərbaycan və erməni xalqlarının mənafeləri əsasında olmalıdır”, - Sergey Lavrov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM