satellite   Azerspace-1: 11135 H 30000

Prezident: "Razılaşdırmadan “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır"

Prezident: "Razılaşdırmadan “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır"

Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın “Laçın” sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı bildirib.

Azərbaycan Prezidenti Ermənistanın bu kimi siyasətinin sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırıldığını, lakin qanunsuz separatist rejimin bundan imtina etdiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM