satellite   Azerspace-1: 11135 H 30000

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilib

Sentyabrın 8-də "Laçın" sərhəd-buraxılış məntəqəsindən Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 9 nəqliyyat vasitəsi keçib.

Naxçıvan televiziyası xəbər verir ki, ümumilikdə bu nəqliyyat vasitələri ilə 30 nəfərin məntəqədən maneəsiz keçidinə şərait yaradılıb.

Onlardan 4-ü BQXK-nın üzvü, 9-u sürücü, 10-u xəstə, 6-sı müşayiətçi, 1-i isə tibb işçisi olub.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM