İrandan qanunsuz olaraq Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıb - VİDEO

Sentyabrın 5-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.

Bu barədə NUHÇIXAN-a DSX-dən bildirilib.

Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və ərazidə axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.

Keçirilmiş kompleks əməliyyat və qoşun tədbirləri nəticəsində sərhəd pozucularının Əfqanıstan İslam Respublikası vətəndaşları 1997-ci il təvəllüdlü Azhar Nukhtar və 2003-cü il təvəllüdlü Sardar Vali Samsoor olmaları müəyyən edilərək saxlanılmaları həyata keçirilib.

Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədilə pozmaları müəyyən olunub.

Fakt üzrə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM