satellite   Azerspace-1: 11135 H 30000

XİN: "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki yük maşını erməni sakinlərə un çatdırmaq üçün gözləyir"

XİN: "Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki yük maşını erməni sakinlərə un çatdırmaq üçün gözləyir"

"Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iki yük maşını erməni sakinlərə un çatdırmaq üçün yerində gözləyir".

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə sentyabrın 8-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib.

Qeyd olunub ki, Azərbaycan məsələnin həlli üçün yol tapmaqda maraqlıdır və bunu öz xoşməramını, habelə vasitəçilik xidmətlərini təklif edən hər kəslə qurduğu səmimi qarşılıqlı əlaqəsi ilə sübut edib. Bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi öncədən əldə edilmiş razılaşmaları müxtəlif bəhanələrlə pozub. Əsl məqsəd isə vəziyyəti uzatmaq, gərginliyi süni şəkildə alovlandırmaq və nəticədə normallaşma prosesini pozmaqdan ibarətdir.

Ermənistanın vəziyyəti beynəlxalq birliyə "humanitar" xarakterli məsələ kimi təqdim etməyə çalışmasının, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş utanmaz bir siyasi kampaniya olması tamamilə aydındır və bu heç bir şübhə doğurmamalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM