satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan Prezident İlham Əliyevlə təcili danışıqlar keçirməyə hazır olduğunu açıqlayıb

Paşinyan Prezident İlham Əliyevlə təcili danışıqlar keçirməyə hazır olduğunu açıqlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu deyib.

Naxçıvan televiziyası “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara sadiqliyini, eləcə də bütün məsələləri yalnız diplomatik vasitələrlə həll etməyə hazır olduğunu təsdiqləyib.

Öz növbəsində, Fransa Prezidenti şərti sərhəddə gərginliyin azaldılmasının zəruriliyini qeyd edib və regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM