satellite   Azerspace-1: 11135 H 30000

AzQAC-ın göndərdiyi ərzaq yükü 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir

AzQAC-ın göndərdiyi ərzaq yükü 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını 12 gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər. Onlar ərzaq yükünü Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsili sakinlərə çatdırmaqda israrlıdırlar.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM