satellite   Azerspace-1: 11135 H 30000

Səlahiyyətli nümayəndə təmas xəttindəki vəziyyətlə maraqlanıb

Səlahiyyətli nümayəndə təmas xəttindəki vəziyyətlə maraqlanıb

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 9-da Əlahiddə Ümumqoşun Ordu Qərargahına gələrək Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində yaranmış gərginliklə bağlı qarşı tərəfin təxribat xarakterli fəaliyyətləri nəticəsində atəşkəs rejiminin pozulması halları və görülmüş tədbirlərlə maraqlanıb. Həmin gün ordu qərargahında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda ziyarətdə olan Türkiyənin ASELSAN şirkətinin Genel Müdiri Ahmet Akyolu ilə görüşüb.

Görüş zamanı birgə fəaliyyət və mövcud layihələr haqqında məlumat verilib, gələcəkdə əməkdaşlığın inkişafı və daha da genişləndirilməsi məqsədilə fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM